Kmamedova.com

  • Kmamedova.com

Haqqında

Yaxşı plastik cərrah adi cərrahdan nə ilə fərqlənir? Birincisi, qarşıya qoyulan məsələnin həllinə kompleks yanaşmaqla. Bu isə geniş dünyagörüşünə, qeyri- standart vəziyyətlərdə düzgün qərar qəbul etmək təcrübəsi və bacarığına malik olmağı tələb edir. Ən əsası isə - pasiyenti başa düşməyi, onun arzu və istəklərini anlamağı tələb edir. 

Mənim öz işimdə qarşıma qoyduğum əsas məqsəd - əməliyyatın nəticələrindən məmnunluq hissi duymaqdır. Əməliyyatı hər kəsdən yaxşı icra etmək arzusu ən yüksək effekt və nəticələr əldə etməyə kömək edir ki, bu da həm peşəkar kimi mənim, həm də pasiyentlərimin xoşuna gəlir, həmçinin həmkarlarım tərəfindən yüksək qiymətləndirilir. 

Öz işinə sevgi ilə yanaşmaq və özünü təkmilləşdirmək meyli məni plastik cərrahiyyənin mammoplastika, rinoplastika, üz və qaş plastikası, endoskopik plastika, liposaksiya, lazer cərrahiyyəsi kimi bütün ixtisaslaşmalarına yiyələnməyə məcbur etmişdir. Kosmetologiya və dermatologiya üzrə mütəxəssislərlə birgə iş istənilən yaşda tam və sistemli şəkildə yaşlanma əleyhinə proqramların imkanlarını tətbiq etməyə və yaşla bağlı dəyişiklikləri kompleks şəkildə korreksiya etməyə şərait yaradır.

Müştəri məlumatları

  • Müştəri - Könül Məmmədova
  • Tarix - 17 avqust, 2014
Sayta bax