Penguin.az

  • Penguin.az

Haqqında

1995-ci ildə fəaliyyətinə boya satışı və texniki inşaat mühəndisliyi ilə başlayan "Caspi-Marine Technologies” MMC fəaliyyətdə olduğu müddət boyunca öz fəaliyyət sahəsini genişlətmiş və "Penguin” Boyalarının istehsalına başlamışdır.

"Penguin” Boyaları şirkətimizin 15 illik iş və həyatda qazandığımız təcrübənin məntiqi nəticəsidir. Biz illər ərzində öz üzərimizdə inkişaf etdik və müştəri məmnuyəti üçün yüksək keyfiyyətli məhsullar istehsal etməyə başladıq. Məhsullarımızın keyfiyyətli və qabaqcıl olması üçün xarici ölkələrdəki elmi mərkəzlərdə xüsusi kurslar keçmiş yüksək ixtisaslı kadrlar yetişdirdik və güclü işçi komandası yaratdıq. Geniş məhsul portfeli ilə Azərbaycan bazarında aparıcı boya markası halına gəldik.

"Penguin” Boyalarının qabaqcıl baxış çərçivəsi məhsul keyfiyyətinə və müştərilərə baxış prizmasına təsir etmişdir. Məhsullarımız qablaşdırılmamışdan öncə müxtəlif laboratoriya kefiyyət testlərindən keçir. Laboratoriya və istehsal proseslərində istifadə olunan cihazlar Almaniya, Hollandiya, İtaliya və Türkiyə kimi ölkələrin aparıcı firmalarında istehsal olunmuş cihazlardır. "Araşdırma və İnkişaf” boyalarımızın təməl prinsipi olduğu üçün yeni boyalar və boya texnologiyaları inkişaf etdirmək üçün laboratoriyamızda müxtəlif təcrübələr keçiririk.

Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın ən möhtəşəm Teleqüllə, Gülüstan sarayı, Nazirlər kabineti, Hökümət evi və s. kimi tikililər "Penguin” Boyaları ilə boyanmışdır. Dünya standartlarına cavab verərək Azərbaycanda özünü təsdiqləməkdədir və zaman keçdikcə yeni məhsullar istehsal etməklə daha da inkişaf edir. Məqsədimiz yanız Azərbaycan bazarında deyil, ixrac bazarına çıxıb Azərbaycanın adını zirvəyə çıxarmaqdır.

Müştəri məlumatları

  • Müştəri - Eynar Hacı
  • Tarix - 16 Yanvar, 2014
Sayta bax