SEO ingiliscə Search Engine Optimization yəni Axtarış Motoru Optimizasiyası sözlərinin baş hərfləridir. Bəs SEO nədir? SEO saytınızın axtarış sistemlərində ilk səhifələrə və üst sıralarda çıxma işlərinin görülməsi deməkdir.
SEO saytların təbii üsullarla çata bilməyəcəyi populyarlığa, təbii üsul kimi görünən yollar istifadə edərək çatmaq sənətinə deyilir. Hazırda bir çox uğur qazanmış saytlar vaxtilə bu üsuldan istifadə etmişlər.
SEO əsas məqsədi açılışına uyğun olaraq axtarış motorlarında optimizasiya yəni axtarış sistemlərində üst sıralarda çıxmaqdır. Bunun məqsədi isə sizin sektorunuzda daha çox müştəriyə çatmağınız, saytınıza girişin maksimum səviyyədə olmasıdır.
Təbii ki, yüksək nəticələr dərhal bir iki günə və ya həftəyə əldə olunmur. Axtarış robotlarının saytınızı müəyyən müddətli ziyarətini və optimizasiya üçün görülən işləri nəzərə alsaq, bu hardasa 2-3 ay çəkəcəkdir.