Haqqında
Sayt 2009-cu il yanvar ayının 3-dən fəaliyyət göstərir. Bu müddət ərzində sayt kifayət qədər inkişaf etdi və artıq tanınan portallardan biridir.
1 oktyabr 2011-ci il statistikasına görə saytda artıq 64000-dən çox qeydiyyatlı istifadəçi var. Eyni zamanda saytda müxtəlif kateqoriyalardan 35000dən çox xəbər və 700000-dən çox şərh var.
Saytın nəinki virtualda hətta realda da böyük kollektivi var, müxtəlif xeyriyyə tədbirləri, partylər, futbol görüşləri istifadəçiləri bir birinə daha da yaxın etdi.
Saytın texniki cəhətdən də tam inkişaf etmiş, funksionallaşdırılmış, modullarla zənginləşdirilmişdir
Saytın bir neçə qolu inkişaf etdi:
Oyun.Joy.az
Saytda olan oyunlara marağın artığını gördükdən sonra Oyun.joy.az adlı saytın ayrı bir qolunu istifadəyə verdik. Burada hər gün maraqlı oyunlar yenilənir, hətta istəyənlər də öz oyunlarını bu saytda yerləşdirə bilir, oyun oynamaqla yanaşı onu müzakirə də edə bilirlər
Film.Joy.az
Artıq axtarılan ən son filmlər və ya seriallar saytın bu qolunda izlənə bilər, izləməklə yanaşı filmlər haqqında müzakirələr də aparıla bilər
Woman.joy.az
Qadınları da düşündük, sırf onlara məxsus bir hissə yaratdıq.